01:39
16°C
Bakı
Məşhur “Simpsonlar” animasiya serialının filmi çəkilir.
Moderator.az xəbər verir ki, "20th Century Studios"un sosial şəbəkələrdə yaydığı məlumata görə, ssenari üzərində işlər artıq başlanıb və ikinci film 2027-ci ilin yayında kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, “Simpsonlar” ABŞ televiziya tarixində ən uzunömürlü animasiya serialıdır.
Serialın ilk bədii filmi “Simpsonlar: Film” 2007-ci ilin iyulunda ekranlara çıxmış və 75 milyon dollarlıq büdcə ilə 536 milyon dollar gəlir əldə edərək böyük kommersiya uğuruna imza atmışdı.
Yeni filmlə bağlı daha ətraflı məlumatların yaxın aylarda açıqlanacağı gözlənilir.