Qətərə hücum ABŞ-nin təhlükəsizliyinə təhdid sayılacaq
Dünya
281
01 Oct 2025 | 21:30

Qətərə hücum ABŞ-nin təhlükəsizliyinə təhdid sayılacaq

Qətər ərazisinə, suverenliyinə və ya kritik vacib infrastrukturuna istənilən silahlı hücum ABŞ-nin təhlükəsizliyinə təhdid kimi nəzərdən keçiriləcək.

Moderator.az-ın Ağ Evin saytına istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Prezidenti Donald Tramp fərman imzalayıb.

Fərmanda deyilir ki, belə bir hücum olarsa, ABŞ ölkənin və Qətər dövlətinin maraqlarının qorunması, habelə sülh və sabitliyin bərpası üçün diplomatik, iqtisadi və lazım gələrsə hərbi tədbirlər daxil olmaqla, bütün qanuni və müvafiq tədbirləri görəcək.

Qeyd edək ki, Qətər sentyabrın 9-da İsrailin Dohada HƏMAS hərəkatı rəhbərliyinə yönəlik zərbəsindən sonra ABŞ-dən təhlükəsizlik zəmanətləri alıb.

Link kopyalandı!
Son xəbərlər