Mask
Dünya
286
18:40, Bu gün

Mask "Netflix"i boykot etməyə çağırdı

Amerikalı milyarder İlon Mask "Netflix" striminq servisinə boykot elan etməyə çağırıb.

Moderator.az xəbər verir ki, bununla bağlı iş adamı özünün "X" sosial hesabında paylaşım edib.

"Uşaqlarınızın sağlamlığı naminə "Netflix"i ləğv edin", - deyə sahibkar paylaşımında yazıb.

Mask üzərində "transgender gündəmi" yazılmış Troya atının "uşaqlarınız" yazısı olan qalaya daxil olmasını əks etdirən şəkli belə şərh edib və transgender şəxslərə münasibətdə solçu liberalların gündəminin uşaqların psixi sağlamlığına zərər vurduğunu bildirib.

Nəticədə milyarderin sözləri trend olub. Bir çox istifadəçi "Netflix"i ləğv etməyə çağırmağa başlayıb.

 

Link kopyalandı!
Son xəbərlər