Moldova hökumətinin baş katibi istefa verdi
Dünya
272
17:58, Bu gün

Moldova hökumətinin baş katibi istefa verdi

Moldova hökumətinin baş katibi Artur Mija istefa verib.

Moderator.az-ın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Baş nazir Dorin Reçan Nazirlər Kabinetinin iclası başlamazdan əvvəl məlumat verib.

"Artur Mija baş katib vəzifəsini tərk edir. Onun rəhbərliyi dövründə regionlarla əlaqələr üzrə böyük işlər görülüb. Biz ona təşəkkür edirik", - deyə baş nazir bildirib.

Məmurun istefası respublika parlamentinə seçkidən üç gün sonraya təsadüf edib. Mija hökumət dəftərxanasına rəhbərlik edib və yerli hakimiyyət orqanları ilə, o cümlədən Qaqauz Muxtar Vilayəti ilə qarşılıqlı əlaqələrə nəzarət edib. Onun gedişi ölkə daxilində müxalifətin qələbə qazandığı səsvermənin nəticələrinə təsadüf edib.

Mija, eyni zamanda, hakim Hərəkət və Həmrəylik Partiyasının baş katibi postundan da gedəcək. O özü bəyan edib ki, "fasilə vermək" qərarına gəlib.

Link kopyalandı!
Son xəbərlər