Mask burada öləcək: Özü bəyan etdi
Dünya
279
17:39, Bu gün

Mask burada öləcək: Özü bəyan etdi

Amerikalı milyarder və "SpaceX"in baş direktoru İlon Mask Marsda öləcəyini istisna etməyib.

O, bununla bağlı "X" sosial media platformasında yazıb.

Eyni zamanda, milyarder Marsı ABŞ-ın ərazisi adlandırıb.

"Mənim indi və həmişəlik bir pasportum var: ABŞ. Burada, ya da Marsda (Amerikanın bir hissəsi) yaşayıb öləcəyəm", - o yazıb.

Qeyd edək ki, avqust ayında İlon Maskın atası Errol etiraf etmişdi ki, o, hazırkı şəraitdə Marsa uçuşları qeyri-mümkün hesab edir. Elə həmin ay Mask mediaya "SpaceX"in əsas məqsədinin Marsa çatmaq olduğunu bildirib.

Link kopyalandı!
Son xəbərlər