İtaliyada hərbi təyyarə qəzaya uğradı: Ölənlər var
Dünya
490
15:17, Bu gün

İtaliyada hərbi təyyarə qəzaya uğradı: Ölənlər var

İtaliya Hərbi Hava Qüvvələrinin 70-ci aviasiya alayına məxsus təyyarə qəzaya uğrayıb. Nəticədə Latsio regionunun Sabaudiya kommunasında iki nəfər həlak olub.
 
Moderator.az-ın xəbərinə görə, bu barədə "Corriere della Sera" nəşri məlumat verib.
 
Məlumata görə, hərbçilər təlim uçuşu həyata keçirirmişlər. Xilasedicilər və hərbi heyət hadisə yerindədir.
 
"70-ci hava alayına məxsus "T-260B" təyyarəsi təlim missiyası çərçivəsində uçuş yerinə yetirərkən naməlum səbəblərdən Çirçeo Milli Parkının ərazisində qəzaya uğrayıb. Xilasetmə briqadaları dərhal hadisə yerinə gedib", - deyə İtaliya Hərbi Hava Qüvvələrinin açıqlamasında bildirilib.
 
Xilasedicilər təyyarənin içərisində iki hərbçinin cəsədini aşkar ediblər. Təyyarə parkın girişlərindən birinin yaxınlığındakı meşəlik əraziyə düşüb. Həmin vaxt orada insanlar olmayıblar. Ölən hərbçilərin cəsədləri məhkəmə-tibbi ekspertizaya göndərilib. Qəzanın səbəblərinin araşdırılması İtaliya Hərbi Hava Qüvvələri tərəfindən koordinasiya olunur.
 
Mütəxəssislər, əsasən, təyyarənin texniki vəziyyətini, marşrutunu, eləcə də qəzadan əvvəl ekipaj tərəfindən ötürülən hər hansı nasazlıq hesabatlarını təhlil edirlər.
 
Link kopyalandı!
Son xəbərlər