01:54
17°C
Bakı
Almaniyanın nəqliyyat naziri Patrik Şnider Berlində Nazirlər Kabinetinin iclası zamanı huşunu itirib və təcili olaraq xəstəxanaya çatdırılıb.
Moderator.az-ın xəbərinə görə, bu barədə DPA agentliyi Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Ştefan Korneliusa istinadən məlumat verib.
O bildirib ki, Şnider danışıqlar masası arxasında huşunu itirib. Nazir sonradan özünə gəlib, lakin təhlükəsizlik məqsədilə tibbi müayinədən keçəcək. Patrik Şnider nazirlər kabinetinin qrupla foto çəkilişinə qatıla bilməyib.
Xəbərə görə, Almaniya nəqliyyat nazirinin xəstəxanaya yerləşdirilməsinə səbəb kəskin ürək-damar çatışmazlığı olub.