23:28
18°C
Bakı
Çinli sosial media fenomeni Tanq Feici canlı yayım zamanı deltaplanın qəzaya uğraması nəticəsində dünyasını dəyişib.
Moderator.az Publika.az-a istinadən xəbər verir ki, 55 yaşlı Feici deltaplanla Çinin Siçuan əyalətində havaya qalxıb. Lakin qısa müddət sonra idarəetməni itirərək qəzaya uğrayıb və texnika alovlanıb.
Fenomenin ölüm anına sosial media hesabında canlı yayımda olan 100 mindən çox izləyici şahid olub.
Məlumata görə, qəzadan əvvəl Feici təqribən 49 min dollara aldığı tək oturacaqlı, 113 kiloqramlıq deltaplanı izləyicilərinə təqdim edib və onun saatda 100 kilometr sürətə və 600 metr hündürlüyə çata bildiyini iddia edib.
Səlahiyyətlilər qəza ilə bağlı araşdırma aparır.