Amerikalı rəsmidən yeni İran-İsrail müharibəsi barədə XƏBƏRDARLIQ
Dünya
452
21:40, Bu gün

Amerikalı rəsmidən yeni İran-İsrail müharibəsi barədə XƏBƏRDARLIQ

ABŞ Dövlət Departamentinin keçmiş sözçüsü Allen Ayer İran və İsrail arasında yeni hərbi qarşıdurmanın baş vermə ehtimalının yüksək olduğunu bildirib.

Moderator.az xəbər verir ki o, məsələ ilə bağlı "Bloomberg" nəşrinə müsahibəsində danışıb.

"Bu, çox güman ki, baş verəcək. ABŞ artıq İrana qarşı hücumu uğurlu əməliyyat kimi qiymətləndirir. Tramp dəfələrlə İranın nüvə proqramını məhv etdiyini açıqlayıb", - deyə Ayer vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton İranla bağlı hərbi əməliyyatları bitmiş hesab etsə də, Təl-Əviv Tehranın nüvə proqramını və ümumilikdə İranı hələ də təhdid kimi görür.

"Israel Hayom" qəzetinin yazdığına əsasən, BMT-nin İrana qarşı sanksiyalarının yenidən qüvvəyə minməsindən sonra İsrail ordusu Tehran tərəfindən mümkün qəfil hücum ehtimalını istisna etmir və buna görə də tam hazırlıq vəziyyətinə gətirilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər