Çexiya Rusiyaya məxsus diplomatik və xidməti pasportu olan şəxslərin ölkəyə girişini qadağan etdi
Dünya
242
20:20, Bu gün

Çexiya Rusiyaya məxsus diplomatik və xidməti pasportu olan şəxslərin ölkəyə girişini qadağan etdi

Çexiya hökuməti ölkədə akkreditasiyadan keçməmiş Rusiya diplomatik və xidməti pasportlarına malik şəxslərin ölkəyə girişini qadağan edib.

Moderator.az-ın xəbərinə görə, bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski "X" hesabında məlumat verib.

"Mənim təşəbbüsümlə hökumət bu gün (30 sentyabr) Çexiya milli akkreditasiyası olmayan rusiyalı diplomatların və xidməti pasport sahiblərinin Çexiyaya girişinə qadağa qoyub", - deyə o yazıb.

Yan Lipavski bildirib ki, tədbir ölkədə yerləşən beynəlxalq hava limanlarına şamil edilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər