Rusiya Dneprə hücum edib, yaralılar var
Dünya
324
18:35, Bu gün

Rusiya Dneprə hücum edib, yaralılar var

Rusiya ordusu Dnepr şəhərinə pilotsuz uçan aparatlarla hücum edib, nəticədə şəhərdə yanğınlar baş verib və yaralılar var.

Moderator.az xəbər verir ki, bu barədə “UNIAN“ Dnepropetrovsk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Lısaka istinadən məlumat verib.

“Ruslar Dnepri PUA ilə vurublar. İlkin məlumata görə, yaralılar var”, – o bildirib.

Onun sözlərinə görə, hücum nəticəsində şəhərdə bir neçə yanğın qeydə alınıb. Ətraflı məlumatlar dəqiqləşdirilir.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, dron hücumu nəticəsində şəhərin mərkəzində genişmiqyaslı yanğın başlayıb, xüsusilə avtomobillər yanır, çox sayda insan qəlpə yarası alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər