Ukrayna
Dünya
397
17:20, Bu gün

Ukrayna "dron qatili" yaradıb

Ukrayna PUA-ları məhv etmək üçün "dron qatili" adlanan kvadrokopter hazırlayıb və Avropa ölkələri bu texnologiyaya maraq göstəriblər.

Moderator.az. xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

Qeyd olunur ki, "Stinq" hərbi dronu 315 km/saatdan çox maksimum sürətə malikdir.

"Bu güllə formalı kvadrokopter Ukraynanın innovativ müdafiə texnologiyası ilə cəmi bir neçə ay ərzində hazırlanmış əsl dron qatilidir", - nəşr yazıb.

Qeyd olunur ki, Rusiya PUA və təyyarələrinin NATO-nun hava məkanına daxil olması fonunda Avropada bu qurğuya maraq artıb.

Bundan sonra Pentaqon "Raytheon" şirkəti ilə "Coyote" PUA-larının tədarükü üçün beş milyard dollarlıq müqavilə imzalayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər