Ədən körfəzində hücuma məruz qalan Niderland gəmisi hələ də yanır
Dünya
206
16:50, Bu gün

Ədən körfəzində hücuma məruz qalan Niderland gəmisi hələ də yanır

Ədən körfəzində husilərin raket hücumuna məruz qalan "MV Minervagracht" ticarət gəmisi hələ də yanır və heyətsiz şəkildə sularda dreyf edir. Hadisə zamanı 19 nəfərlik heyət tam şəkildə təxliyə edilib.

Moderator.az xəbər verir ki, məlumatı "Cursor Info" yayıb.

Xilasetmə əməliyyatında Avropa İttifaqının ASPIDES müdafiə missiyasının qüvvələri iştirak ediblər.

Xilas edilən 19 nəfərlik heyət arasında bir rusiyalı, bir ukraynalı, bir filippinli və bir Şri-Lanka vətəndaşı var. Heyətin iki üzvü yaralanıb, onlardan biri ağır vəziyyətdə Cibutiyə çatdırılıb.

Məlumata görə, Niderland bayrağı altında üzən "MV Minervagracht" bazar ertəsi Yəmənin Ədən limanından 128 dəniz mili cənub-şərqdə hücuma məruz qalıb. Hücum nəticəsində gəmidə yanğın baş verib və idarəetmədən çıxıb.

Kapitandan təcili yardım siqnalı aldıqdan sonra EUNAVFOR ASPIDES Avropa və regional hakimiyyətlərlə koordinasiyada heyətin müdafiəsi üçün dərhal hərəkətə keçib.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər