Bizi sosial şəbəkələrdən izləyin:
Yer kürəsində son üç ayın ən güclü G3+ kateqoriyalı maqnit qasırğası başlayıb.
Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəhbəri Sergey Boqaçov "RIA Novosti" agentliyinə müsahibəsində bildirib.
"Geomaqnit dalğalanmalarında kəskin artım qeydə alınır. Son ölçmələrə görə, geomaqnit aktivlik indeksi Kp 7.33-ə yüksəlib ki, bu da 5 ballıq şkala üzrə G3+ maqnit qasırğasına uyğundur", - deyə Boqaçov qeyd edib.
O əlavə edib ki, oxşar hal sonuncu dəfə bu il iyunun 1-də, birbaşa Günəş protuberansının Yer kürəsinə vurması zaman müşahidə edilib. O əlavə edib ki, günəş aktivliyinin artması Yerə yaxın kosmosda vəziyyəti xeyli çətinləşdirməkdə davam edir. /Oxu.az/