SAXAL
Dünya
248
12:55, Bu gün

SAXAL "Hizbullah"ın artilleriya üzrə məsul nümayəndəsini məhv edib

İsrail Müdafiə Ordusu (SAXAL) Livanın cənubundakı Sohmor bölgəsində "Hizbullah"ın artilleriya üzrə məsul nümayəndəsi Məhəmməd Abbas Şaşuanı məhv edib.
 
Moderator.az xəbər verir ki, bu barədə SAXAL özünün "Telegram" kanalında məlumat yayıb.
 
Bildirilib ki, Şaşua İsrail hərbçilərinə qarşı döyüşlərdə iştirak edib və müharibə ərzində Kiryat-Şmona şəhəri ilə Colan təpələrinə çoxsaylı raket zərbələri endirib.
 
Qurum əlavə edib ki, bir gün əvvəl keçirilən əməliyyat nəticəsində Livanın Şakif bölgəsində "Hizbullah"ın artilleriya bölməsinin yüksəkrütbəli üzvü Məhəmməd Hüseyn Yasin də zərərsizləşdirilib.
 
Məlumata görə, Yasin Litani çayının cənubuna silah qaçaqmalçılığı ilə də məşğul olub.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər