Bu ölkədə internet tamamilə kəsildi
Dünya
232
29 Sep 2025 | 23:30

Bu ölkədə internet tamamilə kəsildi

Əfqanıstanda internet tamamilə kəsilib.

Moderator.az xəbər verir ki, bu barədə "NetBlocks" beynəlxalq internet monitorinq xidməti məlumat yayıb.

Məlumata görə, bu, Taliban hakimiyyətinin əxlaqı qorumaq üçün atdığı addımlarla əlaqəlidir.

Telefon rabitəsində də fasilələr yaranıb.

Qeyd edək ki, sentyabrın 18-də Əfqanıstanın 34 əyalətindən 11-də genişzolaqlı internet bağlanıb. Əfqanıstan İslam Əmirliyinin ali lideri Haybatullah Axundzadə “əxlaqsızlıqla” mübarizə çərçivəsində bu əmri verib. Mənbələr bildiriblər ki, o, yalnız dövlət qurumları və diplomatik nümayəndəlikləri internetə çıxışla təmin etmək üçün yeni şirkətin yaradılmasına göstəriş verib.

Link kopyalandı!
Son xəbərlər