Oyun zamanı zədələnən qapıçı öldü
Dünya
161
29 Sep 2025 | 23:19

Oyun zamanı zədələnən qapıçı öldü

İspaniyanın "Kolindres" klubunun 19 yaşlı qapıçısı Raul Ramires ölkə çempionatının beşinci liqasının oyunu zamanı aldığı zədədən sonra vəfat edib.

Moderator.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) Mətbuat Xidməti məlumat yayıb.

Faciəli insident Santanderdə baş verib. Oyun epizodunda qapıçı kəllə-beyin travması alıb və ürəyi dayanıb. "Kolindres"in məşqçisi Rafa de la Penya qapıçıya kömək etməyə çalışsa da, o, Ramiresi xilas edə bilməyib.

Futbolçu yerli xəstəxananın Reanimasiya şöbəsində dünyasını dəyişib.

Link kopyalandı!
Son xəbərlər