Bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu
Dünya
153
29 Sep 2025 | 23:10

Bələdiyyə sədrinin ölkədən çıxışına qadağa qoyuldu

Türkiyədə məhkəmə Bolu Bələdiyyə sədri Tanju Özcanın ölkədən çıxışına qadağa qoyub.

Moderator.az bildirir ki, bu barədə Özcan sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, məhkəmə qərarı barəsində "nifrət və diskriminasiya" ittihamı üzrə qaldırılmış iddia çərçivəsində verilib.

Məhkəmə qərarının Özcanın Türkiyədə yaşayan suriyalı qaçqınlarla bağlı aldığı tədbirlərlə əlaqədar olduğu bildirilir.

Belə ki, o, suriyalı qaçqınlara sosial yardımları dayandırmışdı, əcnəbi vətəndaşlar üçün suya görə tarifləri 10 dəfə artırmışdı, Bolu şəhərində ərəb dilindəki lövhələri sökdürmüşdü.

Link kopyalandı!
Son xəbərlər