23:15
0°C
Bakı
Rusiya Prezidenti Vladimir Putin ölkə vətəndaşlarının oktyabrın 1-dən ilin sonuna qədər hərbi xidmətə çağırılması haqqında fərman imzalayıb.
Moderator.az xəbər verir ki, sənəd Rusiyanın hüquqi aktların dərci üzrə rəsmi saytında yer alıb.
Sənədə əsasən, Rusiya ordusuna 135 min nəfərin çağırılması nəzərdə tutulur ki, bu da 2016-cı ildən sonrakı payız çağırışları üçün rekord sayılır.
Fərmana əsasən, 18-30 yaş arası, ehtiyatda olmayan və hərbi xidmətə çağırılmalı olan Rusiya vətəndaşları ordu sıralarına çağırılacaqlar.