Rusiyanın Leninqrad vilayətində saxta alkoqoldan zəhərlənmə nəticəsində həyatını itirənlərin sayı 33 nəfərə çatıb.
Moderator.az bu barədə "İzvestiya" qəzetinə istinadla xəbər verir.
Bildirilir ki, ən çox ölüm halı Slantsi rayonunda (22 nəfər) qeydə alınıb.
Bundan başqa Volosov rayonunda yeddi sakin həyatını itirib, daha iki nəfər Priozersk rayonunda vəfat edib, Qatçina və Tosno rayonlarının hər birində bir nəfər ölüb.
Kütləvi zəhərlənmənin səbəbi keyfiyyətsiz alkoqolun istifadəsi olub.
Xatırladaq ki, Leninqrad vilayətində saxta alkoqoldan onlarla insanın ölümünə səbəb olan kütləvi zəhərlənmə hadisəsi qeydə alınıb. Baş vermiş hadisə ilə bağlı 14 nəfə saxlanılıb. Həbs edilənlər arasında 78 yaşlı Nikolay Boytsov və saxta alkoqolun qanunsuz satışında ittiham olunan 60 yaşlı Olqa Stepanova var. Slantsi rayon məhkəməsinin qərarı ilə hər iki təqsirləndirilən şəxs bir ay və 30 gün müddətinə həbsə alınıb.