İspaniya ABŞ-nin İsrailə silah daşıyan gəmilərinə qadağa tətbiq edib
Dünya
689
13:44, Bu gün

İspaniya ABŞ-nin İsrailə silah daşıyan gəmilərinə qadağa tətbiq edib

İspaniya ABŞ-nin İsrailə silah-sursat və ya hərbi texnika daşıyan təyyarə və ya gəmilərinin Rota (Kadis əyaləti) və Moron-de-la-Frontera (Sevilya əyaləti) bazaları vasitəsilə tranzitini qadağan edib.

Bu barədə "El País" qəzeti məlumat yayıb.

Bu, həm birbaşa İsrailə gedən, həm də aralıq dayanacaqdan sonra son təyinat məntəqəsi İsrail olan gəmilərə aiddir.

Bununla belə, krallıq İspaniya bazalarında dayanan ABŞ-a məxsus nəqliyyat təyyarələrini və ya gəmilərini yoxlamır.

 

(Report)

Link kopyalandı!
Son xəbərlər