Günəşdə yüksək aktivlik proqnozlaşdırılır: Yer üçün risklər mövcuddur
Dünya
735
12:40, Bu gün

Günəşdə yüksək aktivlik proqnozlaşdırılır: Yer üçün risklər mövcuddur

Bazar ertəsi, sentyabrın 29-da Günəşin aktivliyi yüksək olacaq və bu, Yer kürəsi üçün risklər yaradacaq.
 
Bu barədə Rusiya Elmlər Akademiyası Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiya Laboratoriyasının "Telegram" kanalında məlumat verilib.
 
"Sutkalıq proqnoz: geomaqnit şərait - zəif pozulmalar mümkündür, aktivlik - yüksək, artan, Yer üçün əhəmiyyətli risklər mövcuddur", - deyə məlumatda bildirilib.
 
Qeyd olunub ki, son sutka ərzində geomaqnit şərait sakit olub, partlayış ehtimalı isə yüksək olub, Yer üçün məhdud risklər var.
 
Xatırladaq ki, sentyabrın 28-də Günəşdə son üç ayın ən böyük partlayışı baş verib. /Oxu.az/
Link kopyalandı!
Son xəbərlər