Türkiyədən Suriyada İŞİD əməliyyatı: 8 terrorçu məhv edildi
Dünya
445
28 Sep 2025 | 22:51

Türkiyədən Suriyada İŞİD əməliyyatı: 8 terrorçu məhv edildi

Türkiyənin Daxili İşlər Nazirliyi ölkənin Milli Kəşfiyyat Təşkilatının Suriyada keçirdiyi İŞİD əməliyyatı ilə bağlı açıqlama yayıb.

Moderator.az xəbər verir ki, daha əvvəl Türkiyə vətəndaşı Binali Aslanın avtomobilini kirayələyəndən sonra onu öldürən 14 nəfərlik qrupun Suriyanın İdlib bölgəsinə qaçdığı müəyyən olunub.

Təhlükəsizlik qüvvələri onların izinə düşüb. Silahlı qarşıdurma zamanı terrorçulardan 8-i öldürülüb, 2-si yaralanıb, 4-ü isə sağ ələ keçirilib.

Link kopyalandı!
Son xəbərlər