Məşhur aktyor onlarla insanın ölümünə səbəb oldu
Dünya
186
16:41, Bu gün

Məşhur aktyor onlarla insanın ölümünə səbəb oldu

Hindistanın Tamilnadu ştatında keçirilən mitinqdə izdiham nəticəsində azı 40 nəfər ölüb, 95 nəfər isə yaralanıb.

Hadisə şənbə günü Karur dairəsində “Tamiqlaqa Vetti Kajagam” (TVK) partiyasının lideri və tanınmış aktyor Vijayın iştirak etdiyi aksiyada baş verib.

Vijay mitinqdə tərəfdarlarına müraciət edərkən meydanda sıxlıq yaranıb.

Hadisə yerinə çoxsaylı təcili yardım və xilasedici qruplar cəlb edilib.

Faciə ilə bağlı araşdırma başlanılıb. İlkin versiyalara görə, izdihamın səbəbi tədbirin təşkilindəki zəif təhlükəsizlik tədbirləri olub.

 

(Lent.az)

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər