ABŞ tankları Estoniyada Rusiya sərhədinə doğru hərəkət edirlər
Dünya
192
16:23, Bu gün

ABŞ tankları Estoniyada Rusiya sərhədinə doğru hərəkət edirlər

Estoniyada Rusiya sərhədinin 100 kilometrliyində Amerikanın M1A1 Abrams tankları toplanır. 

Moderator.az Publika.az - istinadla xəbər verir ki, bu barədə "Voennıy obozrevatel" Telegram kanalı məlumat yayıb. Qeyd edilib ki, bununla bağlı şahidlər sosial mediada paylaşımlar edirlər. İddialara görə tanklar Rusiya sərhədinə doğru hərəkət edirlər.

“Amerikanın M1A1 Abrams tankları Estoniyada müşahidə edilir. Onlar Rusiya sərhədindən 100 km aralıdadır”, - məlumatda deyilir.

Xatırladaq ki, sentyabrın 19-da Estoniya rəhbərliyi bəyan etmişdi ki, Rusiyanın 3 MiQ-31 qırıcısı Vaindlu adası yaxınlığında ölkənin hava məkanını pozublar. Onlar təxminən 12 dəqiqə Estoniya üzərində qalıblar.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər