Bizi sosial şəbəkələrdən izləyin:
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Böyük Britaniyanın xarici işlər nazirlərinin birgə bəyanatında Tehrana qarşı səsləndirilən iddialara münasibət bildirib.
Moderator.az xəbər verir ki, Bəqayi sənəddə Fars körfəzində yerləşən Böyük Tənb, Kiçik Tənb və Əbu Musa adaları ilə bağlı irəli sürülən iddiaları əsassız adlandıraraq rədd edib.
Onun sözlərinə görə, qeyd edilən adalar İranın ayrılmaz hissəsidir və bu ölkənin ərazi bütövlüyünə daxildir:
“Bu adalar İran torpağı olub, elə də qalacaq. Siyasi bəyanatlarda əsassız iddiaların təkrarlanması coğrafi, tarixi və hüquqi reallıqları dəyişə bilməz”.
Nazirlik rəsmisi həmçinin bəyanatda yer alan müdaxilə xarakterli fikirləri də qəbul etmədiklərini bildirib:
“İran İslam Respublikası suveren hüquqlarını həyata keçirmək məqsədilə bu adalarda təhlükəsizliyi təmin etmək və milli maraqları qorumaq üçün zəruri tədbirlər görməkdə davam edəcək”.