Moldovada parlament seçkisi başlayıb
Dünya
237
09:34, Bu gün

Moldovada parlament seçkisi başlayıb

Moldovada parlament seçkisi başlayıb.
 
Moderator.az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, yerli vaxtla səhər saat 7:00-də (Bakı vaxtı ilə saat 08:00 - red.) ölkə üzrə 1 900-dən çox seçki məntəqəsi açılıb.
 
Seçicilər 101 parlament üzvünü dörd il müddətinə seçəcəklər. Seçkidə 22 subyekt - 15 partiya, üç blok və dörd müstəqil namizəd iştirak edəcək. Parlamentə daxil olmaq üçün partiyalar ən azı 5%, bloklar 7%, namizədlər isə 2% səs toplamalıdırlar.
 
Rəy sorğularına əsasən, Prezident Maya Sandunun rəhbəri olduğu "Fəaliyyət və Həmrəylik" Partiyası favorit hesab olunur. Onun ən yaxın rəqibi kimi sabiq prezident İqor Dodonun "Vətənpərvər bloku" göstərilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər