Türkiyədə DƏHŞƏTLİ QƏZA - Ölənlər var
Dünya
141
09:04, Bu gün

Türkiyədə DƏHŞƏTLİ QƏZA - Ölənlər var

Mersinin Tarsus rayonunda ağır yol qəzası baş verib.
 
Moderator.az xəbər verir ki, kənd təsərrüfatında çalışan işçiləri aparan mikroavtobus yüksək sürətlə hərəkətdə olan yük maşınına çırpılıb.
 
Qəza nəticəsində 3 nəfər həyatını itirib, 16 sərnişin isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisə yerinə dərhal polis, təcili yardım və xilasedicilər göndərilib. Yaralılar ilkin tibbi yardım aldıqdan sonra xəstəxanalara yerləşdiriliblər.
 
Qəzanın dəqiq səbəbləri barədə rəsmi açıqlama verilməyib, məsələ ilə bağlı araşdırmalar davam edir.
Link kopyalandı!
Son xəbərlər