Hollandiya, Litva və Norveç səmasında naməlum PUA-lar müşahidə olunub
Dünya
302
27 Sep 2025 | 23:08

Hollandiya, Litva və Norveç səmasında naməlum PUA-lar müşahidə olunub

Amsterdam yaxınlığındakı Sxipxol hava limanında uçuş-enmə zolağı pilotsuz təyyarə səbəbilə 45 dəqiqə bağlanıb.

Moderator.az APA -ya istinadla xəbər verir ki, Norveç hərbi polisinin yaydığı məlumatına görə, yerli vaxtla saat 12:10 radələrində hava hərəkətinə nəzarət xidmətinə təxminən 150 metr yüksəklikdə PUA müşahidə olunması ilə bağlı məlumat daxil olub.

Ərazidə axtarış aparılsa da, PUA ilə bağlı heç bir sübut əldə edilməyib.

Bundan başqa pilotsuz təyyarələr səbəbilə Litvada Vilnüs Beynəlxalq Hava Limanında da yeddi reys gecikib.

Hava limanının yaxınlığında 3 PUA aşkarlanıb, bununla bağlı dörd uçuş və üç eniş gecikib.

Analoji hadisə Norveçdə də qeydə alınıb. Belə ki, Erland hava bazası üzərində səmada PUA aşkar müşahidə olunub.

Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər