00:14
16°C
Bakı
Ermənistanın Baş naziri Nikol Paşinyan BMT-nin 80-ci sessiyası çərçivəsində ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüşüb.
Moderator.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Həmsöhbətlər Ermənistanla ATƏT arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Tərəflər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması və regionda əməkdaşlığın təşviq edilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edilib ki, fəal ikitərəfli əməkdaşlıq Ermənistanda demokratik təsisatların inkişafına, insan hüquqlarının qorunmasına, eləcə də regional sülhün və qarşılıqlı etimadın möhkəmlənməsinə töhfə verir.
Regional və beynəlxalq gündəliyə aid digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.