22:12
16°C
Bakı
Sentyabrın 26-da polşalı dağ xizəkçisi Dorota Tlałka-Moqor 62 yaşında vəfat edib.
Moderator.az xəbər verir ki, bu barədə TVP məlumat yayıb.
Onun ölümünü idmançının qohumu açıqlayıb. Dəfn mərasimi Tlałki-Moqorun doğulduğu Zakopane şəhərində keçiriləcək.
Tlalka-Moqor 1980-1988-ci illərdə Dünya Kubokunda iştirak edib, bir titul qazanıb və beş dəfə podiuma yüksəlib. Onun 1984-cü il dekabrın 14-də İtaliyanın Madonna di Kampiglio şəhərində qazandığı qələbə Polşanın yeganə Dünya Kuboku qələbəsi olaraq qalır.
1985/86 mövsümündən başlayaraq o, fransız Kristian Moqore ilə evləndikdən sonra idman vətəndaşlığını dəyişib.
(Publika)