17:26
16°C
Bakı
Ermənistanın hakim "Vətəndaş müqaviləsi" partiyasından olan deputat Andranik Koçaryanın başçılıq etdiyi nümayəndə heyəti NATO Parlament Assambleyasının illik sessiyasında iştirak edəcək.
Moderator.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Sessiya 9-13 oktyabr tarixlərində Lyublyanada (Sloveniya) keçiriləcək.
Nümayəndə heyətinə deputatlar Arusyak Culakyan və Vaaqn Aleksanyan, eləcə də nümayəndə heyətinin katibi, parlament aparatının xarici əlaqələr idarəsinin müşaviri Zabela Kazaryan daxildir.