Suriya məhkəməsi Bəşər Əsədin həbsinə order verib
Dünya
347
13:40, Bu gün

Suriya məhkəməsi Bəşər Əsədin həbsinə order verib

2011-ci ildə Dərada baş verən hadisələrlə bağlı ittihamlarla təqsirli bilinən Bəşər Əsəd üçün qiyabi həbs qərarı verilib.

Moderator.az xəbər verir ki, bu barədə hakim Tofiq Əl-Əli SANA-ya bildirib.

Onun sözlərinə görə, devrilmiş rejimə qarşı çıxarılan həbs qərarına qəsdən adam öldürmə, ölümlə nəticələnən işgəncə və digər ittihamlar daxildir: “Məhkəmənin qərarı İnterpol vasitəsilə bütün dünyada “qırmızı bülleten”in verilməsinə və beynəlxalq təhqiqatın aparılmasına yol açır”.

Qeyd edək ki, 2000-ci ildən Suriya prezidenti olmuş Bəşər Əsəd ötən il dekabrın 7-də silahlı müxalifət tərəfindən devrilib.

Link kopyalandı!
Son xəbərlər