İran bu ölkələrdəki səfirlərini geri çağırdı - FOTO
Dünya
323
12:50, Bu gün

İran bu ölkələrdəki səfirlərini geri çağırdı - FOTO

İran "Avropa üçlüyü"ndəki səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

"Azad İran" "Telegram" kanalının xəbərinə görə, bu barədə İran Xarici İşlər Nazirliyi (XİN) öz "Telegram" kanalında məlumat verib.

İran XİN bildirib ki, İranın Almaniya, Fransa və Böyük Britaniyadakı səfirləri Avropa ölkələrinin Birgə Kompleks Fəaliyyət Planı ilə bağlı mübahisələrin həlli mexanizmindən istifadə üzrə atdığı addımlar və İranın nüvə dosyesinə qarşı sanksiyaların bərpası ilə bağlı məsləhətləşmələr üçün Tehrana çağırılıb.

Link kopyalandı!
Son xəbərlər