10:11
15°C
Bakı
12 ölkə Fələstin Milli Administrasiyasına maliyyə dəstəyi üçün koalisiya yaradıb.
Moderator.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin kommünikesində deyilir.
"Belçika, Böyük Britaniya, Danimarka, İslandiya, İrlandiya, İspaniya, Norveç, Səudiyyə Ərəbistanı, Sloveniya, Fransa, İsveçrə və Yaponiya Fələstin Milli Administrasiyasının maliyyə dayanıqlılığını təmin etmək üçün fövqəladə koalisiya yaratdıqlarını elan ediblər", - bəyanatda deyilir.
Vurğulanıb ki, koalisiya Fələstin Milli Administrasiyasının üzləşdiyi kəskin maliyyə böhranına cavab olaraq yaradılıb.