02:14
16°C
Bakı
Belarus ölkənin şərqində Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərini elektrik enerjisi ilə təmin edə biləcək atom elektrik stansiyası tikməyi təklif edir.
Moderator.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko rusiyalı həmkarı Vladimir Putinlə görüşdə deyib.
“Qərar qəbul olunarsa, Rusiyanın qərbində və “azad edilmiş rayonlarda” elektrik enerjisinə ehtiyac yaranarsa, biz dərhal yeni enerji blokunun və ya yeni stansiyanın tikintisinə başlayacağıq”, - Lukaşenko söyləyib.
Putin cavab verib ki, maliyyələşmə heç də problem deyil:
“Elektrik enerjisini qəbul edən və tələb olunan tarifi ödəyən istehlakçı varsa, bu, heç də problem deyil".