KİV: İran yeni yeraltı nüvə obyekti inşa edir
Dünya
185
20:50, Bu gün

KİV: İran yeni yeraltı nüvə obyekti inşa edir

ABŞ və İsrailin birgə zərbələrindən sonra İran Natanz şəhəri yaxınlığında strateji əhəmiyyətli yeni yeraltı kompleksin tikintisini sürətləndirib.

Moderator.az xəbər verir ki, "Washington Post" qəzetinin peyk görüntüləri və ekspert rəylərinə əsaslanaraq yaydığı məlumata görə, Küləng dağı altında inşa edilən bu obyekt daha əvvəl bombalanmış Fordo nüvə obyektindən də dərində yerləşir.

Analitiklərin qiymətləndirməsinə görə, obyektin dərinliyi 70-100 metr arasında dəyişir. Yeni obyektin bu qədər dərin tikilməsi onun hava zərbələrinə qarşı daha dayanıqlı olması ilə izah olunur.

Ekspertlər vurğulayıblar ki, bu tikinti İranın nüvə proqramını davam etdirmək və eyni zamanda xarici müdaxilələrə qarşı əlavə təhlükəsizlik təmin etmək məqsədi daşıyır.

Bu kompleksin nə zaman tam hazır olacağı və hansı məqsədlə istifadə ediləcəyi ilə bağlı rəsmi məlumat yoxdur.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər