Netanyahu:
Dünya
184
19:30, Bu gün

Netanyahu: "HƏMAS üzərində qələbə İsraili qonşuları ilə sülhə yaxınlaşdıracaq"

"Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatı üzərində qələbə İsraili regionun digər dövlətləri ilə sülhə yaxınlaşdıra bilər".

Moderator.az TASS-a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

"Qələbəmiz beş il əvvəl ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə ərəb liderləri ilə mənim aramda əldə edilən tarixi "İbrahim razılaşmaları"nın inanılmaz genişlənməsinə gətirib çıxaracaq", - Netanyahu əlavə edib

İsrailin baş naziri, həmçinin Livanla sülhün tərəfdarı olduğunu bəyan edib və Beyrutu İsraillə birbaşa danışıqlara başlamağa çağırıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər