Şahbaz Şərif:
Dünya
203
18:37, Bu gün

Şahbaz Şərif: "Müharibəni udmuşuq, indi isə sülhü qazanmaq istəyirik"

Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin Hindistanla münaqişədə qalib gəldiyini və hazırda sülh üçün çalışdığını deyib.

Moderator.az xəbər verir ki, o, bunu BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib.

“Bizim qırıcılarımız havaya qalxdı və Hindistanın 7 qırıcısını məhv etdi. Biz müharibəni udduq, indi isə sülhü qazanmaq istəyirik”, - Şahbaz Şərif deyib.

Pakistanın Baş naziri Hindistanla əldə olunan atəşkəsdə ABŞ Prezidenti Donald Trampın xüsusi rolunu vurğulayıb.

“Pakistan Prezident Trampın qətiyyətli və uzaqgörən liderliyi sayəsində ərsəyə gələn atəşkəslə razılaşır. Biz ona bu səbəbə görə minnətdarlığımızı bildiririk. Pakistan Prezident Trampın Nobel Sülh Mükafatında namizədliyini irəli sürüb. Bu, bizim sülh üçün edə biləcəyimiz ən az işdir. Prezident Tramp əsl sülh adamıdır”, Baş nazir qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər