Makrondan əfv istəməklə bağlı Sarkozi qərarını açıqladı
Dünya
131
18:07, Bu gün

Makrondan əfv istəməklə bağlı Sarkozi qərarını açıqladı

Fransanın keçmiş prezidenti Nikolya Sarkozi beş il həbs cəzasına məhkum olunmasına baxmayaraq, dövlətin indiki başçısı Emmanuel Makrondan əfv istəməyi planlaşdırmır.

Moderator.az xəbər verir ki, bu barədə onun vəkili Jan-Mişel Darrua BFMTV telekanalına müsahibəsində açıqlayıb.

"O, əfv istəməyi düşünmür, çünki günahsızlığını sübut etmək istəyir", - deyə vəkil bildirib.

Hüquq müdafiəçi qeyd edib ki, Sarkoziyə verilən hökm hüquqi nöqteyi-nəzərdən əsassızdır.

O həmçinin xatırladıb ki, müvəkkilinə qarşı irəli sürülən iki əsas ittiham üzrə - seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi və korrupsiya ittihamlarından bəraət qazanıb.

Xatırladaq ki, dünən Paris məhkəməsi sabiq prezident Nikola Sarkozini 2007-ci il kampaniyası ilə bağlı 5 il həbs cəzasına məhkum edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər