Laricani Livana səfər edəcək
Dünya
291
16:50, Bu gün

Laricani Livana səfər edəcək

İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani Livana səfər edəcək.

Moderator.az xəbər verir ki, bu barədə İranın Beyrutdakı səfirliyi məlumat yayıb.

Səfirlik Laricaninin Hizbullahın keçmiş Baş katibi Seyid Həsən Nəsrullahın ölümünün birinci ildönümünə həsr olunmuş mərasimdə iştirak etmək üçün sabah Livana rəsmi səfər edəcəyini açıqlayıb.

Məlumata görə, Laricani səfər zamanı Livanın yüksək rütbəli rəsmiləri ilə görüşəcək, regional və beynəlxalq məsələləri müzakirə edəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər