“HƏMAS-ın tərksilahı olmadan sülhdən danışmaq absurddur” - İsrailli politoloqdan sensasion açıqlamalar
Dünya
576
12:10, Bu gün

“HƏMAS-ın tərksilahı olmadan sülhdən danışmaq absurddur” - İsrailli politoloqdan sensasion açıqlamalar

Son günlərdə Fələstin dövlətini tanıyan ölkələrin sayı artıb. Belə bir şəraitdə İsrailin hansı addımlar atacağı, bölgədə sülh prosesinə necə təsir göstərəcəyi diqqət mərkəzindədir. Fələstin dövlətini tanıyan ölkələrin sayının artması İsraili beynəlxalq aləmdə hansı təzyiqlərlə üz-üzə qoyur? Bəs İsrail mövcud vəziyyəti dəyişmək və prosesləri dayandırmaq üçün hansı siyasi və ya diplomatik planlar hazırlaya bilər? 
Moderator.az-a danışan israilli politoloq Avraam Şmuleviç  deyib ki, son həftə ərzində “tanınma” mövzusu BMT Baş Assambleyasının gündəliyində əsas siyasi indikatora çevrilib.
 
"Fransa rəsmi olaraq tanıma siyasətinə keçib, Londondan və bir sıra digər paytaxtlardan sonra bu, İsrailə qarşı yeni bir siyasi təzyiq dalğasını formalaşdırır. Parisdə bu qərar artıq daxili gərginliklər yaradıb — hətta bələdiyyə binalarında Fələstin bayraqlarının qaldırılması ilə bağlı məhkəmə mübahisələrinə qədər gedib, bu da göstərir ki, tanınma addımı atmış ölkələrin özündə belə bu siyasət nə qədər politizasiya olunmuş və həssasdır.
İsrail üçün əsas nəticə budur ki, beynəlxalq instansiyalarda belə bir narrativ möhkəmləndirilməyə çalışılır: İsrail Müdafiə Ordusunun ərazilərdə həyata keçirdiyi hər hansı hərəkət avtomatik olaraq “suveren dövlətə qarşı əməl” kimi qiymətləndirilir. Bu, beynəlxalq məhkəmələrdə təşəbbüslər, sanksiya mexanizmləri və çoxtərəfli təşkilatlar vasitəsilə təzyiq üçün qapı açır. Baş Nazir Netanyahunu birbaşa belə tanımanı “İsrailin mövcudluğu üçün təhlükəli” və “terrorçuluğa absurd mükafat” adlandırıb — məhz bu tezisi o, BMT-də yüksək səviyyəli həftə çərçivəsində yayır.
Qeyd edim ki, Britaniyanın  Fələstin dövlətini tanıması ətrafında artıq mandat dövrünün “kompensasiya hesabları” mövzusu yaranıb, sosial şəbəkələrdə və tabloidlərdə şişirdilmiş rəqəmlər dolaşır. Hüquqi cəhətdən trilyonlarla dollarlıq iddiaların təsdiqi yoxdur — bu, daha çox Londondakı qərar ətrafında gedən siyasi kampaniyanın və informasiya səs-küyünün elementidir.
İsrailin əsas təhlükəsizlik tələblərini nəzərə almadan həyata keçirilən tanınma sülhü yaxınlaşdırmır. Bu, beynəlxalq müstəvidə belə bir siqnal göndərir ki, 07.10.2023 tarixində baş verən silahlı aqressiya və girovların saxlanılması diplomatik üstünlüklərə mane olmur. Məhz buna görə də Netanyahunun irəli sürdüyü “güclə sülh” formulu gündəmdədir — əvvəlcə silahların təhvil verilməsi və terrorun dayandırılması, yalnız bundan sonra siyasi proses. Bu, sadəcə ritorika deyil, 07.10 hadisələrindən sonra yaşamaq üçün şərtdir”.
 
Politoloq qeyd edib ki,  İsrailin mesajlarının məğzi olduqca aydındır: terrorçuluqla və “sürətləndirilmiş” tanınmalarla səbəb-nəticə əlaqəsinin təsbit olunması, təhlükəsizliyin ilkin şərt kimi tələb edilməsi, eyni zamanda təcridetmə kampaniyaları ehtimalına qarşı strateji muxtariyyətə yönəlmək:
 
“Fransanın nümunəsi buna bariz misaldır: Paris öz tanınmasını “siyasi həll naminə atılmış addım” kimi izah etməyə çalışır, eyni zamanda 07.10-un ağırlığını da inkar etmir. Mənim tövsiyələrim baş nazirin açıq xətti və daha öncə sizinlə müzakirə etdiyimiz mövqelə üst-üstə düşür.
Diplomatik əks-hücum və hüquqi çərçivələr. Hər bir tanınmanı yoxlanıla bilən şərtlərlə bağlamaq: girovların dərhal azad edilməsi, HƏMAS-ın silahsızlaşdırılması və buraxılması, 07.10-un təşkilatçılarının Ramallada məhkəmə məsuliyyətinə cəlb olunması, HƏMAS-ın yenidən canlanmasının qadağan edilməsi, “çaydan dənizə qədər” çağırışlarına görə cinayət məsuliyyəti. 
Lawfare-in bloklanması -  Tanınmadan istifadə edərək məhkəmələrdə və beynəlxalq qurumlarda təzyiq göstərmək cəhdlərinə cavab olaraq simmetrik hüquqi tədbirlər paketi hazırlamaq.
Avropa konturundan kənar koalisiyalar - İran xəttində və proksi şəbəkələrə qarşı ABŞ və əsas regional oyunçularla treki möhkəmləndirmək, eləcə də Asiya və Afrikadakı ölkələrlə işləmək — burada “terror üçün mükafat” ritorikası başa düşülür. 
Strateji muxtariyyət — “Afina + super Sparta”. Hər hansı təcridetmə cəhdləri tarixi baxımdan bizim texnoloji özünəqənaətimizi sürətləndirib: 1967-ci ilin fransız embarqosu Nesher və sonra Kfir-in yaradılmasına təkan verdi, Britaniyanın Chieftain ötürməməsi öz tank məktəbimizin formalaşmasına və nəticədə Merkava seriyasına gətirdi. Bu şərtlər yerinə yetirilmədən — heç bir “dövlətçilik” ola bilməz. Bu, sülh haqqında şüarları hüquqi baxımdan məcburi mexanizmlərə çevirməyin yeganə yoludur.
 Bu gün İsrail uzunmüddətli davamlılığın elementi kimi zirehli texnika və pilotsuz uçuş aparatlarının istehsalını yenidən genişləndirir”.
 
İsrailli politoloqun fikrincə, Qərbdə antisemitizmin və siyasi qeyri-sabitliyin artması repatriasiya meyllərini obyektiv olaraq gücləndirir:
 
“İsrail üçün bu insan kapitalı üzrə strateji resursdur — inkişafı sürətləndirə və müdafiəni möhkəmləndirə bilər. Burada 2026-cı il və ondan sonrakı dövr üçün ayrıca dövlət proqram paketinə ehtiyac var.
Tanımalar dalğası sülhə doğru irəliləyiş demək deyil. Bu, BMT-də hüquqi mübarizə (lawfare) riskini artırır və Fələstin elitalarını təhlükəsizlik sahəsində real islahatlardan uzaqlaşdırır.
Həqiqi deeskalasiya yalnız sərt ardıcıllıqla mümkündür: əvvəlcə girovların azad edilməsi, silahsızlaşdırma və 07.10 təşkilatçılarının məhkəməsi, yalnız bundan sonra — status üzrə danışıqlar. 2025-ci ildə başqa hər hansı “sürətli yol xəritəsi” növbəti zorakılıq dalğasına reseptdir.
İsrail həm diplomatik meydanlarda, həm də iqtisadi-güc alətləri ilə cavab verəcək. Sülh yalnız bu formulda mümkündür: əvvəlcə təhlükəsizlik, sonra siyasət.
İsrail diplomatik çəkindirməni strateji muxtariyyətin gücləndirilməsi ilə birləşdirir. Tarix göstərir ki, embarqo və boykotlar İsraildə zəiflik deyil, sənaye-texnoloji cavablar doğurur”.
 
Mehin Mehmanqızı
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər