Kamçatka sahilində iki güclü zəlzələ oldu
Dünya
177
09:36, Bu gün

Kamçatka sahilində iki güclü zəlzələ oldu

Kamçatka (Rusiya) sahillərində 5.8 və 6 maqnitudalı iki yeraltı təkan qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofiziki Xidmətinin Kamçatka filialı məlumat yayıb.
 
Bildirilir ki, 5.8 maqnitudalı zəlzələ Petropavlovsk-Kamçatsk şəhərindən 204 km məsafədə baş verib, ocağı 10 km dərinlikdə yerləşib. Maqnitudası 6 olan digər yeraltı təkan isə vilayət mərkəzindən 210 km məsafədə, 16.6 km dərinlikdə baş verib.
 
Xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər