NATO-nun Baltik Hava Polisi missiyası çərçivəsində Macarıstanın JAS-39 Gripen qırıcıları Latviya sərhədinə yaxın beş Rusiya hərbi təyyarəsinin qarşısını almaq üçün havaya qalxıb.
Moderator.az Globalinfo.az-a istinadən xəbər verir ki, hadisə Baltik dənizi üzərində, Latviya sahilləri yaxınlığında baş verib.
Qərb mənbələrinin məlumatına görə, Rusiya təyyarələrinin beynəlxalq uçuş qaydalarına əməl edib-etmədiyi hələ dəqiqləşdirilməyib.
Litvanın Şyaulyai Hava Bazasında yerləşdirilən Macarıstan qırıcıları təyyarələri vizual olaraq müəyyənləşdirib və onlar NATO məsuliyyət zonası tərk edənədək müşayiət ediblər.
Məlumata görə, macar pilotlar Rusiya təyyarələrini hədəfə alıblar ki, bu da hadisənin ciddiliyini göstərir. Bu, son bir həftədə qeydə alınan ikinci oxşar insidentdir.
Qeyd edək ki, sentyabrın 23-də də Rusiya təyyarəsi Litva sərhədi yaxınlığında müşayiət edildikdən sonra kursunu dəyişmişdi.