Türkiyə və ABŞ arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb
Dünya
381
25 Sep 2025 | 23:40

Türkiyə və ABŞ arasında nüvə əməkdaşlığı memorandumu imzalanıb

Türkiyə ilə ABŞ arasında Strateji Mülki Nüvə Əməkdaşlığına dair anlaşma memorandumu imzalanıb.

Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.

"Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir mərhələyə başladıq", - o bildirib.

Sənəd Nyu- Yorkda keçirilən görüşlər çərçivəsində imzalanıb.

Link kopyalandı!
Son xəbərlər