KİV:
Dünya
193
22:00, Bu gün

KİV: "Hindistan Rusiya neftindən imtina etməsi üçün şərtini açıqlayıb"

ABŞ sanksiya altında olan digər iki tədarükçüdən - İran və Venesueladan neft almağa icazə verəcəyi təqdirdə, Hindistan Rusiya neftinin idxalını azaltmağa hazırdır.

Moderator.az-ın "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Hindistan məmurları ABŞ ilə danışıqlar zamanı bildiriblər.

Hindistanlı məmurlar xəbərdarlıq ediblər ki, Rusiya, İran və Venesueladan eyni vaxtda neft almaq mümkün olmasa, bu, qiymət artımına gətirib çıxaracaq.

Xatırladaq ki, avqust ayında ABŞ lideri Donald Tramp Rusiyadan neft aldığına görə Hindistana 25% rüsum tətbiq edib. Yeni Delhi üçün rüsumların ümumi həcmi 50% təşkil edib. Buna baxmayaraq, Hindistan OPEC+ üzvü olan ölkələrdən daha aşağı qiymətlərlə xam neft idxal etməyə davam edir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər