Dünya
251
21:37, Bu gün

"ABŞ prezidenti irqçi, seksist və islamofobdur" - London meri

"Tramp mənə dərimin rənginə, etnik kimliyimə və dinimə görə hücum edir..."

Londonda siyasət gündəmi yenidən qızışıb. ABŞ prezidenti Donald Trampın BMT Baş Assambleyasında çıxışı şəhərin meri Sadiq Xanın sərt reaksiyasına səbəb olub.

Moderator.az xəbər verir ki, bu barədə "rbc.ua" nəşri yazıb.

"Dəhşətli, dəhşətli mer"

Tramp çıxışında Londondakı dəyişiklikləri tənqid edərək merə birbaşa zərbə vurub: "Londona baxıram, orada dəhşətli mer var, dəhşətli, çox dəhşətli mer. Hər şey dəyişib, çox dəyişib. İndi onlar şəriət qanunlarını tətbiq etmək istəyir. Amma siz başqa ölkədəsiniz, belə etmək olmaz". ABŞ prezidenti eyni zamanda Avropanın miqrasiya siyasətini "qlobalist fiasko" adlandıraraq xəbərdarlıq edib ki, açıq sərhədlər "Qərbi Avropanın məhvinə aparır".

"O, qadınların düşməni və islamofobdur"

Buna cavab olaraq Sadiq Xan yeni avtobus marşrutunun açılışında jurnalistlərə danışaraq Trampı sərt ifadələrlə tənqid edib: "Mən hesab edirəm ki, prezident Tramp özünü irqçi, seksist, qadın düşməni və islamofob kimi göstərib". O, əlavə edib ki, London ABŞ da daxil olmaqla turistlər və investorlar üçün cəlbedici olaraq qalır. Xüsusi münasibətlərin isə tərəfdaşlara "səhv etdiklərini açıq demək" anlamına gəldiyini vurğulayıb.

Britaniya siyasətində qarışıq reaksiyalar

"The Guardian" nəşri yazır ki, Trampın çıxışı Britaniya siyasətçiləri arasında qəzəb doğurub. Səhiyyə naziri, leyborist Vez Striçinq Xanı dəstəkləyərək onun "müxtəlifliyi və fərqlilik hüququnu müdafiə edən" lider olduğunu söyləyib. Lakin hökumətin bəzi üzvləri, o cümlədən baş nazirin yaxın müttəfiqi Pet Makfadden açıq mövqe bildirməkdən çəkinərək sadəcə Londona "qlobal şəhər" kimi təriflər yağdırıb. Yaşıllar və bir sıra deputatlar isə hökuməti ABŞ prezidentinin açıqlamalarına daha sərt reaksiya verməyi, hətta ABŞ səfirini çağırmağı  təklif edib.

Uzun sürən şəxsi qarşıdurma

Tramp və Xanın qarşıdurması 2015-ci ildən davam edir. Xan o vaxt Trampın müsəlmanlara ABŞ-a giriş qadağası təklifini kəskin pisləmişdi. Mer dəfələrlə bildirib ki, Trampın hücumları şəxsi xarakter daşıyır: "Əgər mənim bu dərimin rəngi olmasaydı, əgər mən praktiki müsəlman olmasaydım, o, mənə hücum etməzdi. O, bunu mənim boyuma görə etmir, açıq danışaq - mənim etnik kimliyimə və dinimə görə edir".

Əlavə mübahisə

Xan özü də tənqidlərdən kənarda deyil. Bu ilin aprelində İsrailin Londondakı səfirliyi onu İd əl-Fitr bayramı ilə bağlı təbriki zamanı HƏMAS-ın təbliğatını yaymaqda günahlandırılıb. Diplomatik missiya qeyd edib ki, o, bayram münasibətilə sadəcə müsəlmanları təbrik etmək əvəzinə Qəzza müharibəsindən danışıb, anti-İsrail ritorikası işlədib, amma HƏMAS-ı bircə dəfə də qınamayıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər