Tramp Türkiyəni Rusiya neftini almaqdan imtinaya çağırıb
Dünya
192
21:10, Bu gün

Tramp Türkiyəni Rusiya neftini almaqdan imtinaya çağırıb

ABŞ Prezidenti Donald Tramp Türkiyəni Rusiyadan neft almağı dayandırmağa çağırıb.

Moderator.az-ın məlumatına görə, bu barədə o, Ağ Evdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşündə bildirib.

"Bizim həm münaqişənin həlli, həm də ticarət sahəsində gözəl əlaqələrimiz var. Bu gün mən istərdim ki, Rusiya Ukraynaya qarşı dağıdıcı hücumunu davam etdirərkən Türkiyə Rusiyadan neft almağı dayandırsın. Onlar artıq milyonlarla insanı itiriblər; nəyə görə? Bu, utancvericidir", - Tramp deyib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər