İsrail husilərin qərargahına zərbə endirdi
Dünya
348
25 Sep 2025 | 19:50

İsrail husilərin qərargahına zərbə endirdi

İsrail Hərbi Hava Qüvvələri Yəmənin paytaxtı Səna yaxınlığında husilərə məxsus bir neçə hərbi düşərgə, PUA və silah anbarlarına hücum edib.

Moderator.az xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri İsrail Katz X səhifəsində yazıb.

“Biz Sənada Husi terror təşkilatının çoxsaylı hədəflərinə güclü zərbə endirdik. İsrail Hərbi Hava Qüvvələri husilərin Baş Qərargahının bazası da daxil olmaqla, bir neçə hərbi düşərgəyə hücum etdi, onlarla yaraqlını öldürdü, pilotsuz təyyarələr və silahların olduğu anbarları məhv etdi", - deyə Katz bildirib.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər