Mahmud Abbas:
Dünya
246
19:20, Bu gün

Mahmud Abbas: "HƏMAS-ın gələcəyi yoxdur, silahı yerə qoymalıdır"

HƏMAS-ın Fələstini idarə etmək üçün gələcəyi yoxdur və o, silahı yerə qoymalıdır.

Moderator.az xəbər verir ki, bu barədə Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas BMT Baş Assambleyasının 80-ci sessiyasında videobağlantı ilə çıxışında deyib.

Mahmud Abbas Fələstin xalqının çəkdiyi əzablara baxmayaraq, 7 oktyabrda HƏMAS-ın törətdiyi əməlləri qınadıqlarını diqqətə çatdırıb.

“Mülki insanlara qarşı yönəlmiş hərəkətlər, girov götürmələr, bütün bunlar Fələstinə aid deyil”, - o vurğulayıb.

BMT-ni fəaliyyətsizlikdə qınayan Mahmud Abbas qeyd edib ki, indiyədək 1000-ə yaxın qətnamə qəbul olunub və onların heç biri icra edilməyib.

Qəzza zolağının Fələstin Dövlətinin ayrılmaz hissəsi olduğunu vurğulayan Mahmud Abbas həmin ərazidə idarəçilik və təhlükəsizlik üçün məsuliyyəti tam öz üzərlərinə götürməyə hazır olduqlarını bəyan edib.

“HƏMASvə digər fraksiyalar silahlarını bizə təhvil verməlidirlər. Biz silahlı dövlət istəmirik”, - o əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər